Qohum funksiyalar:
Sintaksis:
СТЬЮДРАСПОБР(вероятность;степени_свободы)
Nəticə:
Tərs t-paylanmanı hesablayır.
Arqumentlər:
- вероятность: ikitərəfli t-paylanmaya uyğun ehtimal (əhəmiyyətlilki səviyyəsi α);
- степени_свободы: sərbəstlik dərəcəsini göstərən ədəd.
Qeydlər:
- əgər hər hansı bir arqument ədəd deyildirsə, onda СТЬЮДРАСПОБР funksiyası özünün yazıldığı oyuğa #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
- вероятность < 0 və ya вероятность > 1 olduqda СТЬЮДРАСПОБР funksiyası özünün yazıldığı xanayaa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
- əgər степени_свободы arqumenti tam ədəd deyildirsə, onda kəsr hissə atılır;
- степени _свободы < 1 olduqda СТЬЮДРАСПОБР funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
- СТЬЮДРАСПОБР funksiyası iterasiya üsulundan istifadə edir və hesablamanı dəqiqliyi ±3 • 10-7 dəqiqliyi əldəolunana qədər aparır. Əgər proses 100 iterasiyadan sonra yığılmırsa, onda ХИ20БР funksiyası #Н/Д səhvinin kodunu qaytarır.
Riyazi-statistik interpretasiya:
СТЬЮДРАСП funksiyasının təsvirinə bax.
Styudentin tərs paylanma funksiyası o zaman istifadə olunur ki, etibarlılıq səviyyəsi (və ya əhəmiyyətlilik səviyyəsi) məlum olsun və t –kriteriyanın qiymətini hesablamaq tələb olunsun.
Məsələn, =СТЬЮДРАСПОБР(0,05;4) düsturu 2,78 qiymətini veir (=СТЬЮДРАСП(2,78;4;2) düsturunun hesabladığı 0,05 qiymətilə müqayisə etməli).
Misal
T təsadüfi kəmiyyəti k = 9 sərbəstlik dərəcəsi olan Styudent paylanması ilə təsvir olunur. Müəyyən bir t nöqtəsində F(t) = 0,975, 2α = 0,05. Bu nöqtənin qiymətini təyin etməli.
Комментариев нет:
Отправить комментарий