вторник, 15 ноября 2011 г.

СТЬЮДРАСПОБР


Qohum funksiyalar:

Sintaksis:

     СТЬЮДРАСПОБР(вероятность;степени_свободы)

Nəticə:

     Tərs t-paylanmanı hesablayır.

Arqumentlər:

  •     вероятность: ikitərəfli t-paylanmaya uyğun ehtimal (əhəmiyyətlilki səviyyəsi α);
  •     степени_свободы: sərbəstlik dərəcəsini göstərən ədəd.

Qeydlər:

  • əgər hər hansı bir arqument ədəd deyildirsə, onda СТЬЮДРАСПОБР funksiyası özünün yazıldığı oyuğa #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
  • вероятность < 0 və ya вероятность > 1 olduqda СТЬЮДРАСПОБР funksiyası özünün yazıldığı xanayaa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  • əgər степени_свободы arqumenti tam ədəd deyildirsə, onda kəsr hissə atılır;
  • степени _свободы < 1 olduqda СТЬЮДРАСПОБР funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  • СТЬЮДРАСПОБР funksiyası iterasiya üsulundan istifadə edir və  hesablamanı dəqiqliyi ±3 • 10-7  dəqiqliyi əldəolunana qədər aparır. Əgər proses 100 iterasiyadan sonra yığılmırsa, onda ХИ20БР funksiyası #Н/Д səhvinin kodunu qaytarır.
Riyazi-statistik interpretasiya:

    СТЬЮДРАСП funksiyasının təsvirinə bax.

    Styudentin tərs paylanma funksiyası o zaman istifadə olunur ki, etibarlılıq səviyyəsi (və ya əhəmiyyətlilik səviyyəsi) məlum olsun və t –kriteriyanın qiymətini hesablamaq tələb olunsun.  

   Məsələn, =СТЬЮДРАСПОБР(0,05;4) düsturu 2,78 qiymətini veir (=СТЬЮДРАСП(2,78;4;2) düsturunun hesabladığı 0,05 qiymətilə müqayisə etməli).



Misal
T təsadüfi kəmiyyəti k = 9 sərbəstlik dərəcəsi olan Styudent paylanması ilə təsvir olunur. Müəyyən bir  t nöqtəsində F(t) = 0,975, 2α = 0,05. Bu nöqtənin qiymətini təyin etməli.



Həlli
Bu məsələni СТЬЮДРАСПОБР funksiyasının köməyi ilə həll edək.
1.    Nəticənin yazılacağı xananı seçək ($A$4).
2.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından СТЬЮДРАСПОБР funksiyasını seçək. Bu zaman СТЬЮДРАСПОБР funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
3.    Вероятность sahəsinə 2α = 0,05 qiymətini daxil edək.
4.    Степени_свободы sahəsinə k = 9 qiymətini daxil edək.
5.    OK düyməsini basdıqdan sonra $A$4 xanasında birtərəfli etibarlılıq halında hesablamanın nəticəsi olan  2,262 qiyməti əmələ gələcəkdir.